30 C
Baku
Monday, July 21, 2025

Sabiq nazir müavini üç ay sonra vəzifəsindən getdi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinin (publik hüquqi şəxs) direktoru yenidən dəyişib.

Banker.az “qaynarinfo”ya istinadla xəbər verir ki, müvafiq əmrlə Cavid Məhərrəm oğlu Səfərov sözügedən qurumun rəhbəri təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində işləmiş Bədəl Fizuli oğlu Həsənov Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsinə gətirilmişdi.

Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində işləyib.

Son xəbərlər
Digər xəbərlər