7 C
Baku
Sunday, December 15, 2024

Sabiq nazirin oğlu gömrükdəki vəzifəsindən azad edildi

Sabiq rabitə və yüksək texnologiyalar naziri (İndiki Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) Əli Abbasovun oğlu Eldar Abbasov Dövlət Gömrük Komitəsindən (DGK) kənarlaşdırılıb.

Belə ki, Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Eldar Abbasov müvafiq əmrlə vəzifəsindən azad edilib.

Əldə etdiyimiz digər məlumata görə, Eldar Abbasov son bir neçə ayda gömrükdə keçirilən əməliyyatlar zamanı saxlanılan vəzifəli şəxslərin cinayət işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən dindirilib.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edilsə də, sorğuya cavab verilməyib.

Son xəbərlər
Digər xəbərlər