27 C
Baku
Saturday, July 27, 2024

Sabiq vergi naziri Fazil Məmmədov xəstəxanaya yerləşdirildi

Sabiq vergilər naziri Fazil Məmmədov xəstəxanaya yerləşdirilib. Mənbə bildirir ki, qəfildən ürəyi tutan sabiq nazirin infarkt keçirdiyi bildirilir.

Ötən gün Fazil Məmmədovun Mərkəzi Gömrük Hospitalına yerləşdirilməsi barədə xəbər yayılmışdı. “Faktor.az” adlı informasiya mənbəyinin məlumatına görə isə keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunur.

Sayt xəstəxana ilə əlaqə saxlayıb. Tibb müəssisəsindən bildirilib ki, sabiq nazir heç bir əməliyyat keçirməyib və hazırda xəstəxanada müalicə alır.

Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.

Son xəbərlər
Digər xəbərlər