9 C
Baku
Monday, November 18, 2024

Sabis Sun Beynəlxalq Məktəbinin rəhbəri dəyişib

“Azərsun Holdinq”ə yaxın olan “Sabis Sun Beynəlxalq Məktəbi” MMC-nin direktoru dəyişdirilib.

Banker.az xəbər verir ki, Qalib Rəhimov Zakir oğlu vəzifəsindən ayrılıb.

Şirkətə rəhbərlik Rafiq Şahverdiyev Vəli oğluna həvalə edilib.

Qalib Rəhimov 2021-ci ildən adıçəkilən təhsil müəssisəsinə rəhbər təyin edilmişdi. O “Azersun Holdinq”ə yaxın olan iki qurumun maliyyəsinə nəzarət edən strukturda çalışıb. Belə ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin Audit Komitəsinin üzvü və “Azərbaycan Sənaye Sığorta” ASC-nin Təftiş Komissiyasının sədridir.

Rafiq Şahverdiyev isə uzun müddətdir “Azersun Holdinq”də çalışır. O indiyə qədər müxtəlif trəmə şirkətlərin İdarə Heyəti və Audit Komitəsində vəzifələrdə çalışıb.

“Sabis Sun Beynəlxalq Məktəbi” MMC  şirkət kimi 2015-ci ildə yaradılıb   500 000 manat nizamnamə kapitalına sahibdir. “Sabis Sun International School” brendi ilə məktəbin 2019-cu ildəki araşdırmaya görə, Azərbaycanda ən bahalı məktəblərdən biridir. Araşdırmada bu məktəbə aid hissədə qeyd edilirdi ki, məktəbdə ibtidai təhsil illik 11 500 manat, orta təhsil isə 11 900 manatdır.

Son xəbərlər
Digər xəbərlər