15 avqust 2025-ci il, saat 12:00-da Bakı şəhəri, Zabrat 1 qəsəbəsi, Oktyabr küçəsi 29, “Neftqazmaş” ASC-nin akt zalı ünvanında “Sabunçu İstehsalat Xidməti Bazası” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdə olan məsələlər aşağıdakılardır:
1. Cəmiyyətin ləğv edilməsi;
2. Cəmiyyətin direktorunun vəzifəsindən azad edilməsi;
3. Təsviyəçinin təyin edilməsi və ona qanuni təmsilçiyə dair bütün səlahiyyətlərin həvalə edilməsi;
4. Digər məsələlər.
Səhmdarların növbəti ümumi yığıncağının gündəliyi üzrə materiallarla yuxarıdakı ünvanda iclas zamanı tanış ola bilərsiniz. Yığıncaqda iştirak etmək niyyəti olan səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı tələb olunur.