22 C
Baku
Friday, April 26, 2024

Sabunçuda dəmiryol keçidi tunellə əvəz olunacaq

Bakı-Sabunçu-Pirşağı-Sumqayıt dairəvi dəmir yolunda yenidənqurma işləri aparılacaq.

“Azərbaycan Dəmir Yolları” QSC-dən  verilən məlumata görə, yenidənqurma işləri ilə əlaqədar olaraq, təhlükəsizliyin təmin olunması məqsədilə Asəf Əsədullayev küçəsi ilə Qambay Vəzirov küçəsinin kəsişdiyi yerdə – 13-cü kilometrin 3-cü piketində (Sabunçu stansiyasının girişi) eyni səviyyəli dəmiryol keçidi yeraltı tunellə əvəz olunacaq.

Bununla əlaqədar olaraq, 22 avqust 2019-cu il səhər saat 08:00-dan etibarən həmin keçiddən avtomobillərin hərəkəti dayandırılacaq.

Yeni tunelin inşası başa çatana qədər avtomobil sürücülərindən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər