“Sadəcə yaşayın”

Hər birimizin həyatı elə də asan şəkildə davam etmir. Heç də hər zaman ilk addımdan uğura nail olmuruq. Heç də həmişə etibar etdiyimiz insanlar bizə ilk gün ki kimi sadiq qalmır. Biz daim mükəmməl olmağı və ən yüksək zirvələri fəth etmək istəyirik. Lakin bəzən yüksəkliklərə qalxmaq üçün dayanmaq və sadəcə yaşamaq lazımdır. Aşağıda sizə sakitlik və dinclik bəxş edən sitatları təqdim edirik.

  • Normal insanlar – hələ yaxşı tanımadığınız insanlardır. – Alfred Adler
  • İnsan qismən real, qismən təxəyyülündəki insanla bərabər olduqda münasibətlər uğursuzluğa düçar olur. – İrvin Yalom
  • Əgər bütün insanlar ideal olsaydı, hər bir insanı hər zaman istənilən şəxslə əvəz etmək olardı. – Viktor Frankl
  • Həyatın əsas təhlükəsi həddindən artıq təhlükəsizlik tədbiri almağınızdadır. – Alfred Adler
  • Həyat bəzən bizi elə vəziyyətlərə salır ki, burada doğru addım atmaq üçün səhv etmək lazımdır. – İrvin Yalom
  • Məşğul olmağa nəyimizsə olduqda, sevməyə bir şəxsimiz olduqda və ümid edəcək bir şeyimiz olduqda həyatımıza sevinc daxil olar. – Viktor Frankl
  • İnsan cavab deyil, insan sualdır. – Paul Tillix
  • Həyatın mənasını ümumilikdə təyin etmək mümkün deyil. O insandan insana, andan ana dəyişir. – Viktor Frankl
  • İnsan öz yaddaşı ilə əziyyət çəkən, hər şeyə maraq göstərən varlıqdır. – Rollo Mey
  • Özünüzlə qürur duymaq istəyirsinizsə, sizdə qürur hissi yaradan işlə məşğul olun. – İrvin Yalom
  • Eqoizm – insanın özünə qarşı olan sevgisinin çatışmazlığından xəbər verir. Özünü sevməyən, daim özü ilə bağlı narahat olar. – Erix Fromm
  • Xatırladığm qədərilə daim “haqlı” olmaq istəmişəm. Problem ondadır ki, “haqlılığın” təyin edilməsi meyarları daim dəyişir. Dəyişməz qalan yeganə şey odur ki, “haqlı” insanlar daim əhəmiyyətli dərəcədə məndən fərqli olublar. – James Bugental
  • Heç kəs səhvlərə yol vermədən böyüməyə nail olmayıb. – Alfred Adler
  • Biz – özümüz haqqında özümüzə təlqin etdiyimiz və bizə digərlərinin yeritdiyi fikirlərik. – Erix Fromm