Sadəliyin gücü: uğurlu insanların riayət etdiyi 3 qayda

Uğur narahatlıq yaradır. Sizə kömək etməyə çalışan insanlardan aldığınız məsləhətlər çox vaxt ziddiyyətli olmaqla yanaşı, qeyri-real görünürlər. 

Bəzən öz yolunuzdan azmış ola bilərsiniz. Bir gündə baş verən uğursuzluq, növbəti gün üçün uğur kimi görünməyə başlayır. Əvvəllər effektiv olan şeylər, artıq işləmir və bunu qiymətləndirmək üçün müəyyən dəyişiklərə ehtiyac var. 

Bu, uğura aparan yolda sizi məhv edən insan faktorudur. Siz ondan qaça bilmərsiniz. Niyə belədir? Çünki sizin mübarizədə – uğur haqqında gedən müzakirələrdə – sadəlik çalışmır. Daha az idarə etmək, diqqəti bir şeyə yönəltməmək. Qaydalar çoxluğunun içində onlardan riayət edə bildiyiniz bir neçəsini seçə bilərsiniz. Sizin mövcudiyyətinizi prinsiplər və qanunlar. 

Məqsədlər, bacarıqlar və gözləntilər dəyişsə də, bu üç qayda dəyişməyəcək. 

  1. Dürüst olun

Düzdür, bu olduqca çətindir. Bəzən çox çətindir. Bu çətinliyi qaydanı tətbiq etməzdən əvvəl, tətbiq etdiyiniz zaman və tətbiq etdikdən sonra hiss edəcəksiniz. 

Çox vaxt kimsə “dürüstlük” haqqında danışdıqda, “yalançı” sözündən istifadə edilir, lakin “dürüstlük” anlayışı daha mürəkkəbdir. 

Özünüzə qarşı dürüst olmaq istəyirsinizsə, müəyyən diskomfort yaşamalı olacaqsınız. 

Əgər özünüzə qarşı dürüst olmasanız, başqalarına qarşı da ola bilməyəcəksiniz. 

– Əsas məqsəd və niyyətləri dəqiqləşdirmək üçün son dəfə özünüzə nə vaxt bir neçə dəqiqə zaman ayırmısınız? 

– Nəticələr, səylər və münasibət haqqında son dəfə özünüzlə nə zaman danışmışınız?

Üzləşdiyiniz problemlərə görə başqalarını günahlandırmaq asandır. Çox vaxt insanlar deyirlər: “Bəxtim gətirmədi”. Lakin bu, dürüst deyil. Heç deyil. 

Həyatda baş verən hadisələrin heç biri təsadüfi deyil. Sizin nəticələriniz, çətinliyiniz və gəliriniz – bütün bunların səbəbi var. 

Özünüzə qarşı dürüst olun. Bu, gələcəkdə dəqiq olaraq peşman olmayacağınız sərmayədir.  

Siz susursunuz. İkimənalı danışırsınız. Fasilələr edirsiniz. Və insanların fikirlərini yayındırmağa çalışırsınız. 

Siz dürüst deyilsiniz, çünki soyuqqanlı manipulyatorsunuz. Və ya fırıldaqçısınız. Və ya yalançısınız. 

Çox güman ki, bunun əsas səbəbi ondan ibarətdir ki, dürüst olmaq ağır işdir. O, böyük emosional sərmayə tələb edir. 

Başqaları ilə dürüst olsanız, onlara görə narahat olmağa başlayacaqsınız. Həmdə çox. 

Başqalarına onların istədiyi sözləri demək asandır. Çünki bu sözlər həmin insanları incitmir və siz əlavə olaraq nəyisə başa salmaq üçün enerji sərf etməli olursunuz. 

Məhz buna görə də dürüstlük mürəkkəb qaydadır. 

Riayət etməkdə çətinlik çəkdiyimiz hər şey bizi elit kateqoriyaya daxil edir. Və əgər bunu daimi etsəniz, super ulduza çevriləcəksiniz. 

  1. Suallar verin

Siz dünyanı öz nöqteyi-nəzərindən görürsünüz – və bu, əladır, əgər başqalarının da eyni şeyi etməsini gözləmirsinizsə. Çünki onlar etməyəcəklər. 

Hər bir insan öz həyat təcrübəsindən çıxış edir. Başqalarının fikirlərini öyrənmək  istəyirsinizsə, sual verin. Əgər suallar versəniz, biznesinizin inkişafını xeyli sürətləndirə bilərsiniz. Bu, insanlarla münasibət qurmağa kömək edən, habelə lazımsız mübahisələrdən qaçmağa imkan verən bacarıqdır. 

Niyə bu vacibdir? Niyə bunu edirsiniz? Niyə belə düşünürsünüz? 

Lakin “niyə” dən başqa, digər vacib olan suallar da var: 

– Digər insanlar qəbul etdiyim qərardan xəbər tutsalar, özümü narahat hiss edəcəyəm? 

– Başqası mənim yerimdə olsaydı, ona nə etməyi məsləhət görərdim?

– Geriyə baxanda, nə hiss edəcəyəm?

– Bu qərarı qorxusuz qəbul edirəm?

– Bu qərarın nəticələri ilə ayaqlaşa biləcəyəm? 

Özünüzə mürəkkəb suallar verin. Niyyətinizi müəyyənləşdirin. Əgər müzakirələr suallardan başlasaydı, insanlar daha effektiv nəticələr əldə etmiş olardılar. 

Cəhd edin. İlk başlarda özünüzü narahat hiss edəcəksiniz. Lakin əgər bu qaydaya daimi əsasda riayət etsəniz, incikliklərə və yanlış başa düşülən niyyətlərə daha az vaxt xərcləmiş olarsınız. 

  1. Yalnız əhəmiyyəti olan şeyləri edin

Bu, təbii görünür. Effektiv insanlar yalnız onlar üçün əhəmiyyətli olan işləri edirlər. Lakin hər şey bu qədər sadə deyil. Effektiv və uğurlu insanlar bütün lazımi işləri edirlər və sonra bu işlər əhəmiyyətli işlərə çevrilirlər. 

Yalnız əhəmiyyətli olan işləri etmək oyunun qaydalarından biridir. Xəritədir. 

Hər şey olduqca sadədir. Sizin vaxtınız o qədər də çox deyil. Belə ki, günün yarısını işdə keçirirsiniz, daha 8 saatı isə yuxuda. Əgər yeməyə, kitab oxumağa, idmana və əyləncəyə sərf etdiyiniz zamanı nəzərə alsaq, çox güman ki, ümumiyyətlə bir dəqiqəniz belə qalmır. 

Vacib işləri etmək – dayanıqlı inkişafa aparan ən qısa yoldur. 

Məsələ orasındadır ki, nəyin vacib olub-olmadığını görmək bəzən çətin olur, çünki prioritetlər və ətraf daim dəyişir. Yeganə çıxış yolu dayanmaq və bir az sükutda yaşamaq. 

Bu sükut sizə həqiqətən də nəyin vacib olduğunu göstərən kompasınızdır. Lakin bəzən bu mümkün olmur. Məhz buna görə də sizi inkişafa aparacaq metodlardan istifadə etməyiniz məqsədəuyğundur:

– Düşünmə qabiliyyətinizi yaxşılaşdırmaq üçün özünüzə vaxt ayırın. Daha əvvəl etdiyiniz və ya etmədiyiniz hər bir şey, sizin düşünmə qabiliyyətinizin nəticəsidir. Sizi hərəkətə gətirən fikirləri müəyyən edin. Bu arada, meditasiya bunu başa düşməyə kömək edən vasitələrdən biridir. “Calm”, “Headspace” və ya “Omvana” dan istifadə edin. 

– İdman üçün vaxt ayırın. Qaçın, boks ilə məşğul olun, velosiped sürün, sadəcə tez-tez gəzin. Və tezliklə əvvəllər diqqət etmədiyiniz ideyaları aşkar edəcəksiniz. Narahatlıq, məyusluq və xırdaçılıq kimi duyğulardan azad olacaqsınız, digər insanlar sizi daha yaxşı başa düşəcəklər. 

– Narahatlıq və peşmançılığa vaxt xərcləməyin. Bu kimi neqativ fikirləri gələcək planlarınız ilə əvəz edin. Neqativ fikirlərə diqqət edərək, sizi məqsədinizə yaxınlaşdıra biləcək fikirlərə keçəcəksiniz. 

– Əyləncəyə xərclədiyiniz vaxtın miqdarını azaldın. Təəccüblüdür, lakin əyləncə bizim diqqətimizi düşündüyümüzdən daha çox yayındırır. Serialın yeni seriyasına baxdıqda, beyniniz sıyıqa çevrilir. Düzdür, bəzən fasilə etmək lazımdır, amma vaxtınızın əksər hissəsi yox. 

– Daha çox yatın. İnsanların əksəriyyəti 6-8 saat yatmalıdır ki, gün ərzində məhsuldar olsun. Sizin beyniniz dincəlir, immun sistemi yenidən işə düşür, bədəniniz daha sağlam olur. Əgər daha çox etmək istəyirsiniz ki, daha çox yatmalısınız. 

– Detallara diqqət edin. Və ən əsası – işi bitirmək yaxşı etmək demək deyil. Əlinizdən gələni etdiyinizə əmin olun. Növbəti dəfə nəyi daha yaxşı edə biləcəyiniz haqda düşünün. Digər insanların sizin çatmaq istədiyiniz məqsədlərə çatmaq üçün nə etdiklərini müəyyən edin. 

– Sizin tarazlığınızı pozan şeylərdən qaçın. Niyə, nə zaman və kim olduğu vacib deyil. Qorxu, narahatlıq və fikir dağınıqlığı kimi neqativ duyğular sizin məqsədinizə çatmaq bacarığınızı məhv edirlər. Sadəcə uzaq durmağa çalışın. Bəlkə də, həmişəlik yox, amma indi neqativ olan hər bir şey sizdən uzaq olmalıdır. 

Düşünməyin ki, bu üç qayda hər şeyi dəyişdirəcək. Bu, istənilən maneənin aradan qalxmasının ideal formulu deyil. 

Onlar fundament rolunu oynayırlar və siz rahatlıqda onlara arxalana bilərsiniz. Bu, start üçün əla platformadır. 

Əgər həyatınız olduqca çətin, xəyallarınız isə böyükdürsə, sizə uğurlu olmağa kömək edə biləcək bir neçə qaydanın olduğunu unutmayın.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.