24 C
Baku
Cümə axşamı, Sentyabr 23, 2021

Sadır Japarov Qırğızıstanda prezident seçkilərində qalib gəldi

Screen Shot 2021 09 02 at 14.34.20

Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov ötən gün keçirilmiş prezident seçkilərində qalib gəlib.

Seçki bülletenlərinin 98%-nin sayılmasından sonra onun seçicilərin 79%-dən çox səsini yığması məlum olub.

Məlumata görə, sayılmamış seçici səsləri artıq ümumi nəticəni dəyişdirməyəcək – Japarov qəti qələbə qazanıb.

Səsvermələrin nəticəsinə görə siyahıda ikinci yeri 6,5%-dən bir qədər çox səs toplamış Adaxan Madumarov tutub. Üçüncü yerə 3%-dən az səslə Babırjan Tolbayev çıxıb.

Qırğızıstanda prezident vəzifəsinə 17 namizəd iddialı idi. Bəzi namizədlər seçkilərin nəticəsini tanımayıblar.

Qeyd edək ki, prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.

Bununla da Qırğızıstanda növbədənkənar prezidenti seçkiləri və referendum baş tutmuş sayılır.

Qırğızıstanın əvvəlki prezidenti Sooronbay Jeenbekov parlament seçkilərinin nəticələri ilə razılaşmayanların kütləvi etirazları fonunda ötən ilin oktyabrında istefa verməyə məcbur olub.

Report

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər