Şadlıq evlərinə ödənilən pullar onlayn görünəcək

Azərbaycanda müştəri dövriyyəsinin kütləvi oldğu obyektlərdə yeni nəsil kassa aparatlarının quraşdırılmasına başlanılıb.

Banker.az xəbər verir ki, supermarket və «Mall»larla yanaşı, bu obyektlər arasında şadlıq evləri də var.

Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki şadlıq evlərinin 28,36 faizində yeni nəsil kassa aparatları quraşdırılıb. Ölkə üzrə bu göstərici 12,12 faiz təşkil edir.

Qeyd edək ki, yeni kassa aparatlarının əvvəlkilərdən fərqi odur ki, burada aparılan əməliyyatlar vergi orqanları tərəfindən onlayn görünəcək və izlənilə biləcək.

Yeni kassa aparatlarının işə düşməsi aparılan əməliyyatlara görə ƏDV-nin bir hissəsinin müştərilərə qaytarılmasına da imkan verəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları