13 C
Baku
Tuesday, October 22, 2024

Şadlıq sarayı cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəs., Hicran Hasilov küç., ev 50 ünvanında  fəaliyyət göstərən, fiziki şəxs Qocayev Bəhruz Vasib oğluna məxsus “Fərid” şadlıq sarayında keçirdiyi baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu məlum olub. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər