14 C
Baku
Sunday, November 24, 2024

Şadlıq sarayı cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində fəaliyyət göstərən, fiziki şəxs Kərimova Nəzakət Bəylər qızına məxsus “Aysu” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, şadlq sarayında pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkar edilmiş pozuntularla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Son xəbərlər
Digər xəbərlər