Bakıda şadlıq saraylarında menyuların qiyməti bahalaşıb.
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) məlumatında qeyd olunub.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 43.0 faiz artıb.
Yeni mövsüm üçün təklif edilən menyulara əsasən, şadlıq saraylarının qiymətlərində oktyabr ayında əvvəlki aya nisbətən 8 faiz artım qeydə alınıb.
Xüsusən, 40 manatadək olan menyularda qiymət 12 faiz artıb.