Azərbaycan 2025-ci ilin yanvar-oktyabr ayında 111.1 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın noyabr sayında bildirilir.
Bu, ötən ilin eyni dövrünə nisbətən 42.5 milyon dollar və ya 62% çoxdur.
Ötən ilin eyni dövründə isə Azərbaycan 68.6 milyon ABŞ dolları dəyərində şaftalı ixrac edib.








