9 C
Baku
Friday, December 13, 2024

Sağlam həyat tərzi

Mütəmadi idman məşqlərinin faydaları hər kəsə məlumdur. Lakin bir çox insan sıx qrafiklərinin olduqlarını deyərək idmana laqeyd yanaşırlar.

1970- ci ildə amerika həkimləri bir sistem üzərində işləyirlər. Bu sistem gündə üç dəfə 10 dəqiqə ərzində idmanla məşğul olmağa imkan yaradırdı. 2008-ci ildə isə alimlər bu sistemə bir sıra əlavələr edirlər. Onlar insanların gündə 2 saat yarım vaxtlarını idman hərəkətlərinə sərf etməli olduqlarını bəyan etmişdilər. Üstəlik bu məşqlər 10 dəqiqədən az davam etməməlidirlər.

Bu yaxınlarda Solt- Leyk- Sitidə yerləşən Yuta universitetindən olan bir qrup tədqiqatçılar professor Ketrin Zikin rəhbərliyi altında bir məsələni bir daha araşdırmağa qərar verirlər. Və daha sonra araşdırmalarının nəticələrini dərc edirlər. Bu nəticələrə əsasən, gün ərzində hətta 1 dəqiqə sürən idman məşqləri belə müsbət nəticələr verir.

Alimlər günün rejimini araşdırıblar və 18- 64 yaş arasında olan insanlarda qısa müddətli intensiv hərəkətlərin (məsələn, yerimək) 10 dəqiqəlik mütəmadi sürən idman məşqlərinə bərabər olduqları nəticəsinə gəliblər. Bu cür intensiv hərəkətlər bir sıra xəstəliklərin, həmçinin xroniki ürək xəstəliklərinin qarşısını alırlar.

Həkimlərin məsləhətini dinləyərək orta hesablama ilə kişilər idman hərəkətlərinə həftə ərzində 4 saatdan çox, qadınlar isə 2-4 saat vaxt ayırırlar. Qeyd edək ki, bu insanlar gündəlik həyatlarındakı işlərini təxirə salmırlar.

Yuta Universitetinin fakültələrinin birinin dekan müavini professor Jessi Fan bəyan edir: «Piyada yerimək, piləkənlərlə qalxmaq bizim çox vaxtımızı alsa da, bizə özümüzü yaxşı hiss etməyimizə yardım olurlar».

Əgər siz artıq fəal şəkildə idmanla məşğul olursunuz və idman zallarına gedirsinizsə, deməli artıq özünüzdə sağlam həyatın müsbət təsirlərini müşahidə edirsiniz.

Son xəbərlər
Digər xəbərlər