Sağlamlığa dair:
1. Çoxlu su için.
2. Səhər yeməyinizi şahlara layiq, günortanı şahzadələr kimi və şam yeməyini yoxsullar kimi edin.
3. Daha çox bitki mənşəli qidalar yeyin və çalışın ki, zavodlarda hazırlanan qidalardan uzaq olasınız.
4. Daha çox oyun oynayın.
5. Keçən il oxuduğunuzdan daha çox kitab oxuyun.
6. Heç olmasa gün ərzində 10 dəqiqə sakitlikdə oturun.
7. Ən azı 7 saat yuxu yatın.
8. Gün ərzində 10-30 dəqiqə piyada gəzintiyə çıxın. Gəzinti zamanı gülümsəyin.
Şəxsiyyətə dair:
1. Öz həyatınızı digər insanların həyatı ilə müqayisə etməyin. Siz onların nələr dən keçdiyi və nə yaşadığı barədə heç bir təsəvvürə malik deyilsiniz.
2. Nəzarət edə bilmədiyiniz neqativ əşyaları və ya fikirləri özünüzdə saxlamayın. Bunun əvəzində öz enerjinizi müsbət şeylərə sərf edin.
3. Öz sərhədlərinizi tanıyın, özünü həddindən artıq yükləməyin.
4. Özünüzü həddindən artıq sərt tənqid və mühakimə etməyin.
5. Öz dəyərli vaxtınızı şayiələrə sərf etməyin.
6. Ayıq olduğunuz vaxtlarda daha çox xəyal qurun.
7. Paxıllıq sadəcə vaxt itkisidir. Lazım olan hər şey artıq sizdə vardır.
8. Keçmişin problemlərini unudun. Sevdiyiniz insana onun keçmiş səhvlərini/nöqsanlarını xatırlatmayın. Bu sizin həqiqi xoşbəxtliyinizə kölgə salacaq.
9. Həyat onu nifrətə sərf etmək üçün həddindən artıq qısadır, heç kəsə nifrət etməyin.
10. Sizin xoşbəxtliyə görə sizdən başqa heç kəs cavabdeh deyil.
11. Başa düşün ki, həyat məktəbdir və siz bu məktəbə həyatı öyrənməkdən ötrü gəlmisiniz. Problemlər isə dərs proqramının bir hissəsidir, onlar cəbr dərsləri kimi gah peyda olur, gah da yoxa çıxır. Amma sizin həyatdan aldığınız dərslər ömürlük yadda qalır.
12. Mümkün qədər çox təbəssüm və gülüş.
13. Siz heç də hər mübahisədə qalib gəlməli deyilsiniz.
İnsanlarla münasibətlər:
1. Öz doğmalarınıza daha tez-tez zəng edin.
2. Hamını hər şeyə görə bağışlayın, insanların günahından keçin.
3. 6-yaşdan aşağı və 70-yaşdan yuxarı insanlarla daha çox vaxt keçirin.
4. Hər gün başqaları üçün yaxşı bir iş edin.
5. Ən azı gündə üç nəfərin üzünə gülümsəməyə çalışın.
6. Xəstə olanda işiniz sizin qeydinizə qalmayacaq –sizin dostlarınız isə hə qala bilər. Dostlarınızı itirməyin, daima əlaqədə olun.
Həyat:
1.Szin üçün faydalı, sevindirici və ürək açan olmayan hər şeydən qurtulmağa çalışın.
2. Fərqi yoxdur, bu pis situasiyadır ya yaxşı, onsuzda o, gec-tez dəyişəcək.
3. özünüzü necə hiss etməyinizdən asılı olmayaraq yuxudan qalxın, geyinin və gedin.
4. Hər şey hələ qabaqdadır.
5. Ürəyinizin daxilində siz hardasa xoşbəxtsiniz. Ona görə də həmişə xoşbəxt olun!.