10 C
Baku
Wednesday, December 11, 2024

Sağlamlıq üçün təhlükəli “Apple” qurğuları açıqlanıb

“Apple” şirkəti nəzəri baxımdan istifadəçilərin sağlamlığına ziyan vura biləcək qurğuların siyahısını açıqlayıb. Müvafiq siyahı şirkətin saytında dərc olunub.

Texniki dəstək sənədinə görə, bir sıra “Apple” qurğuları quraşdırılmış maqnitə malikdir. Bu komponent quraşdırılmış kardiostimulyator və defibrilyatorların fəaliyyətinə mənfi təsir göstərə bilər. Korporasiya mühəndislərinin sözlərinə görə, əksər məişət elektron qurğuları elektromaqnit sahələrini şüalandıran maqnit və ya komponent və radioqəbuledicilərə malikdir.

“iPhone” smartfonundan başqa quraşdırılmış maqnitlə təchiz edilən qurğular sırasına “iPad” planşetləri və onların aksesuarları – məsələn, planşetə maqnitlə bərkidilən “Smart Keyboard Folio” çıxarılabilən klaviaturası aid edilir. “Apple Watch” saatları da onları enerjidoldurma ilə birləşdirən maqnitə malikdir. Bu, həmçinin “AirPods” və “Beats” simsiz qulaqlıqlarına aiddir.

Siyahıda, həmçinin “HomePod” “ağıllı” kolonkaları və “Mac” kompüterlərinin bütün versiyaları, eləcə də xarici “Apple Pro XDR” monitoru yer alıb. “Apple” sadalanan qurğuları tibbi avadanlıqdan minimum 15 santimetr uzaqda saxlamağı, eləcə də əlavə suallar yaranacağı təqdirdə müalicəni aparan həkimlə məsləhətləşməyi tövsiyə edir.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər