27 C
Baku
Sunday, July 21, 2024

Şah İsmayıl Xətainin həyat prinsipləri

Şah İsmayıl Xətai  (17 iyul 1487 – 23 may 1524) kimi məşhur olan I İsmayıl, Azərbaycan və İranın şahənşahı, sərkərdə, şair, Səfəvilər dövlətinin yaradıcısı və Səfəvilər sülaləsinin hökmdarı idi.

Azərbaycan ədəbiyyatı və poeziyasının klassiki öz əsərlərini Xətai adı ilə yazırdı. Karl Marks onun haqqında demişdi: “Səfəvilər sülaləsinin yaradıcısı Şah İsmayıl fateh olub.  O hakimiyyətdə olduğu 14 il ərzində 14 əyaləti fəth edib”.

“Mən Cüneydin nəvəsi, Heydərin oğlu Şah İsmayılam. Təxəllüsüm Xətaidir, bəli Xətai”.

Mən döyüşlər adamıyam, mənim rəqasələrə ehtiyacım yoxdur. Mənə sakitlik bilmədən atımın belində vətənimin ətrafında dövr etmək yaraşar.

Qılınc həmin qılıncdır, bilək həmin bilək deyil.

Düşmən mənə qarğış etdikdə kədərlənmirəm. Düşmənin qarğışı xeyir-duaya bərabərdir.

Çox çalışdım, arzuladım müharibələr olmasın. Lakin alınmadı.

Bilirdim ki, ətrafımda boşluqdur, heç kim yoxdur. İnsanların arxamca fitnələr törətdiyindən, üzümə qarşı isə gülümsədiyindən şübhələnirdim.

1(1739)

Müharibəyə hazır olmadığım bir zamanda ətrafımdakı insanlar məni qonşularımla düşmən etməyə çalışırdı. Xüsusən də Sultan Səlim ilə. Belə ki, onlar Sultan Səlimə mənim adımdan təhqiredici məktub və “hədiyyələr” göndərirdilər.

Mənə Sultan Səlim üzərinə gecə, ətraf sakitliyə qərq olduğu bir zamanda hücum etməyi təklif edirdilər. Lakin bu mənim vicdanıma yaraşmazdı.

Mən karvanları qarət edən quldur deyiləm. Əsl kişi düşməni döyüş meydanında, təkbətək qarşılamalıdır.

Təəssüf ki, İbrahimin Səlimin ordusunun sayı haqqında verdiyi və müdrik lələyi ilə yazılmış məktubu ciddi qəbul etmədim. Çünki ətrafım məni belə bir ordunun mövcud ola bilməyəcəyinə inandırmışdı. Onlar məni adımı ömürlük ləkələyən bir müharibəyə sürüklədilər.

Mən döyüşdə qorxmadım, hiylə işlətmədim və fırıldaqdan istifadə etmədim. Və bu mənim ikinci səhvim oldu! Özüm düşmənlərimə bədbəxt qazilərimin önündə dəmir qala hörməklərinə imkan verdim.

Səngərdə güllələrdən gizlənmək döyüşçüyə yaraşan hərəkət deyil. Kişinin əsl silahı – qılıncdır.

O döyüşdə hər biri gənc aslanı xatırladan üç cəsur qazimi itirdim.

3(1480)

Mənim ən böyük xətam Bəhruz-xanım və Taclı bəyimin Çaldıranda qalmasına icazə verməyim oldu. Onların hər ikisi kişi libasında döyüşürdü.

Mənim Bəhruzumu əsir aldılar və daha sonradan bütün xahişlərimə baxmayaraq Səlim onu mənə qaytarmadı. Onu hər hansısa saray şairinə kölə olaraq bəxş etmişdi. Bu mənim üçün ölümdən betər idi.

Təqribən üç gün məni üç nəfər mühafizə edirdi. Bunlar arxadan dərviş İbrahim və sağ və soldan başqa iki nəfər. Yalnızca o zaman, onlar güllə ilə yaralanıb yerə yıxıldıqda onların əslində rəqqasə və bakılı Qazi bəyin həyat yoldaşı Sultanım-xanım olduğunu bildim.

Mən bu cəsur qadınların cəsədi önündə diz çökdüm. Hətta düşmənim Sultan Səlim onları bir qəhrəman kimi dəfn etməyi əmr etmişdi. 5 qızım və oğlanalrım da bu qadınlar kimi mərdliyə və Vətən sevgisinə sahib olsaydılar çox xoşbəxt olardım.

Çaldıran döyüşündən 10 il keçdikdən sonra belə bir dəfə olsun gülümsəmədim. Çünki məni ömürlük əzaba düçar edən xətalara yol vermişdim.

Əziz nəslim, Allah tərəfindən mənim üçün bəxşdilmiş qısa ömürdə sizin üçün əlimdən gələni etdim. Öz qılıncımın günü ilə tikə-tikə bölünmüş vətənimizi birləşdirməyə çalışdım. Mənim bütün döyüşlərimin əsas qayəsi bu idi.

Doğma torpağın bir parçasını, doğma dildə deyilmiş 1 sözü qızıldan üstün tutdum. Vətənin və doğma dilin daim var olması üçün bacardığım hər şeyi etdim.

Məni təhqirlərlə yad etməyin! Başladığım hər bir yaxşı işi davam etdirin! Səhvlərimi təkrarlamayın! Sizə olan vəsiyyətim belədir!

Və sizə öz şeirlərimi miras qoyuram. Əgər bu şeirlər sizə xoş gələrsə, mənim nigaran ruhum sakitlik tapar.

Söz var kəsər başı, söz var kəsər savaşı.

Çıxma namərd körpüsünə, qoy aparsın sellər səni…

Könül vermə nadana,
Haqqı inkar edənə,
Müridəm, haqq demişəm
Məhəbbət xanadana.

2(1669)

1news.az

Son xəbərlər
Digər xəbərlər