Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif oktyabrda Azərbaycana səfər edəcək.

Bu barədə  Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin bildirib.

Diplomatın sözlərinə görə, Ş.Şərif Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Qeyd edək ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VII Sammitinin oktyabrın ortalarında Bakıda keçirilməsi planlaşdırılır.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər