24 C
Baku
Saturday, July 5, 2025

Şahbaz Şərif: Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Azərbaycanın tarixi şəhəri – Xankəndidə yüksək səviyyədə təşkil olunub.

Bunu Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif ECO-nun 17-ci Zirvə görüşündə bildirib.

“Əziz qardaşım, Prezident İlham Əliyevə tədbirin uğurla təşkil olunması üçün təşəkkürümü bildirmək istərdim. Tarixi və gözəl Xankəndidə bizə göstərilən qəbul və səmimi qonaqpərvərliyə görə Prezidentin bütün komandasına təşəkkür edirəm”, – Ş.Şərif bildirib.

O, həmçinin qeyd edib ki, ECO çox vacib və perspektivli təşkilatdır: “Pakistan bu təşkilatın bir hissəsi olmaqdan qürur duyur”.

Son xəbərlər
Digər xəbərlər