26 C
Baku
Saturday, July 27, 2024

“Şahdəniz” yatağından 88 mlrd. kubmetrədək qaz ixrac edilib

Bu ilin yanvar-oktyabr ayları ərzində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 174.7 mlrd kubmetr, “Şahdəniz”dən isə 131.5 mlrd kubmetr qaz hasil edilib.

Bu barədə Banker.az Energetika Nazirliyinin bu ilin 10 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, “Şahdəniz” yatağı istismara veriləndən cari ilin noyabrın 1-dək 87.6 mlrd kubmetr qaz ixraca nəql edilib. Qeyd edək ki, qaz hasilatı 2006-cı ilin noyabrından başlayaraq davam edir.

Şahdəniz yatağını Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişindəki tərəfdaşları adından BP şirkəti işlədir. Şahdəniz Hasilatın pay bölgüsü sazişinin (HPBS) tərəfləri bu şirkətlərdir:

BP (operator – 28,8%)
TPAO (19%)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ – 16.7%)
Statoyl (15,5%)
LUKOyl (10%)
NICO (10%)

Son xəbərlər
Digər xəbərlər