17 C
Baku
Tuesday, October 15, 2024

“Şahdəniz”dən indiyədək 166 mlrd. kubmetr qaz hasil edilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından 166 mlrd. kubmetr qaz və 36 mln. ton qaz kondensatı hasil edilib.

Banker.az xəbər verir ki, bu barədə Bakı Enerji Forumunda çıxış edərkən SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, Trans-Anadolu kəməri istifadəyə verildikdən sonra onun vasitəsilə Türkiyəyə 16 mlrd. kubmetr qaz nəql edilib.

Bununla yanaşı, Trans-Adriatik kəməri vasitəsilə indiyədək Avropaya 11,3 mlrd. kubmetr qaz ixrac edilib, bundan 9,7 mlrd. kubmetri İtaliyaya, 1,3 mlrd. kubmetri Yunanıstana, 0,3 mlrd. kubmetri isə Bolqarıstana nəql edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər