13 C
Baku
Saturday, November 16, 2024

“Şahdəniz” rəqabəti: BP LUKOİL-un yolunu necə kəsdi?

“LUKOIL” şirkəti Azərbaycanın əsas qaz yatağı olan “Şahdəniz” layihəsində bloklayıcı zərfi əldə edə bilməyib. Britaniyanın BP şirkəti özünün üstünlük hüququndan istifadə edərək, Malayziyanın “Petronas” şirkətinin “LUKOIL”a satmaq istədiyi 15,5%-lik payın 1%-dən bir qədər artığını alıb. Nəticədə “LUKOIL”un “Şahdəniz”dəki payı 25%-i keçməyəcək. Ekspertlər hesab edirlər ki, BP bu sövdələşməyə “Şahdəniz” konsorsiumunun idarəetmə orqanlarında nəzarəti əldən verməmək üçün gedib.

Beləliklə, BP Azərbaycanın nəhəng “Şahdəniz” qaz yatağının işlənməsi layihəsindəki payının artdığını bəyan edib. Özünün üstünlük hüququndan yararlanan Britaniya şirkəti Malayziyanın “Petronas” şirkətinin layihədəki payının 1,16%-ni satın alıb. Sövdələşmənin dəyəri 168 milyon dollardır. Tərəflər hesablaşmanı 2022-ci il yanvarın sonuna qədər başa çatdırmağı düşünürlər. Bununla, layihənin operatoru olan BP şirkətinin ümumi payı 29,99%-ə çatacaq. Bu sövdələşmə “LUKOIL”a “Şahdəniz” layihəsində bloklayıcı səhm zərfini almağa mane olacaq. Xatırladaq ki, “LUKOIL” hələ oktyabrın əvvəlində “Petronas”la onun layihədəki 15,5%-lik payını əldə edəcəyi ilə bağlı razılığa gəlmişdi.

Lakin “LUKOIL” 2,5 milyon dollarlıq alqı-satqını tamamlamaya macal tapmayıb. Çünki bunun üçün, o cümlədən SOCAR-dan müəyyən razılıqlar almaq lazım idi. “Petronas” şirkətinin rəhbəri Muhammad Taufiq hələ noyabrın sonunda bildirmişdi ki, “LUKOIL” onların “Şahdəniz”dəki payını gələn ilin ilk rübündən gec olmayaraq alaraq, layihədə öz payını 25,5%-ə çatdırmalıdır. İndiki halda isə Rusiya şirkətinin payı yalnız 24,34% təşkil edəcək. Bununla əlaqədar sövdələşmənin strukturu və dəyərinin dəyişib-dəyişməyəcəyini “LUKOIL”dan şərh etmirlər.

Xatırladaq ki, “Şahdəniz” layihəsinin işlənməsinə 1996-cı ildən başlanılıb. Layihədə BP 28,8%, “Petronas” şirkəti 15,5%, SOCAR 16,7%, “LUKOIL” və NICO-nun hər biri 10%, TPAO 19% paya malik idi. O zaman Azərbaycan Avropaya qaz tədarükü sahəsində “Qazprom”a alternativ elan edilmişdi və Avropa İttifaqı bu marşrutun gücünün artırılması üzərində ciddi səylər göstərirdi. 2020-ci ildə layihə çərçivəsində qaz hasilatı 18,1 milyard kubmetr (artım 7,7%), kondensant hasilatı isə 3,6 milyon kubmetr (artım 2,8%) təşkil edib. 2022-ci ildə qaz hasilatının 22,8 milyard kubmetrə çatacağı gözlənilir ki, bu da 2021-ci ilə proqnozlaşdırılan göstəricidən 7% artıqdır.

Görünür, BP şirkətinin “LUKOIL”un payını 25%-ə çatdırmasına imkan verməməsi layihə üzərində nəzarəti əlində saxlamaq zərurətindən irəli gəlib. Hərçənd, operatorluq istənilən halda BP-də qalacaqdı. Üstəlik, Direktorlar Şurasındakı təmsilçilik də layihədəki iştirak payına uyğun olur və illik investisiyalar, gəlirlərin bölüşdürülməsi və s. məsələlərlə bağlı vacib qərarlar məhz Direktorlar Şurasında qəbul edilir. “Böyük ehtimalla, üstünlük hüququnun qorunması BP-yə operatorluğu və aktivlərə nəzarəti özündə saxlamaq üçün lazımdır. Çox güman ki, səhm sazişinə əsasən, iştirak payında 25%-lik hədd keçildikdə idarəetmə orqanlarında dəyişikliklər baş verməli imiş və BP bunun qarşısın ala bilib”, – deyə “Advance Capital” şirkətinin eksperti Karen Daşyan bildirib. Onun fikrini AKPA-dan olan Vasiliy Tanurkov da bölüşür: “Sövdələşmə sırf investisiya cəlbediciliyi ilə əsaslandırılırsa, onda daha böyük pay alınmalı idi”.

Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun sədr müavini Aleksey Qrivaç isə deyir ki, “LUKOIL”un “Şahdəniz”in digər səhmdarları ilə hansısa münaqişədə maraqlı olduğuna inanmır.

“Fich” agentliyinin təmsilçisi Dmitri Marinçenkonun fikrincə, Britaniya şirkəti istənilən halda layihənin operatoru olaraq qalacaqdı, çünki “LUKOIL” da daxil olmaqla, heç kim bu rola iddia etmirdi. Ekspert ehtimal edir ki, BP-nin öz payını belə əhəmiyyətsiz səviyydə artırması konsorsium iştirakçıları arasında olan səhmdar sazişinin incəlikləri ilə bağlı ola bilər. ““Petronas” və “LUKOIL” üçün bu layihədə iştirak daha çox investisiya yatırımı idi və Rusiya şirkətinin alacağı payın sonda əhəmiyyətsiz dərəcədə azalması onu hansısa imkanlardan məhrum etməyəcək”, – deyə ekspert bildirib.

“Sberbank”ın eksperti Andrey Qromadin də eyni fikirdədir. O, hesab edir ki, “LUKOIL”un alacağı pay azalsa belə, bu sövdələşmə şirkət UKOYL üçün əlverişli sayılmalıdır.

MüəlliflərOlqa Mordyuşenko, Dmitriy Kozlov

Tərcümə: WorldMedia.az

Mənbə: Kommersant (Rusiya)

Son xəbərlər
Digər xəbərlər