“Şahdəniz” yatağı istismara veriləndən bu il yanvarın 1-dək 77,6 mlrd. kubmetr qaz ixrac edilib.
Bu barədə Energetika Nazirliyinin 2019-cu il üzrə görülmüş işlərə dair hesabatında qeyd edilib.
2019-cu ildə ümumilikdə Azərbaycandan 11 715,8 mln. kubmetr qaz ixrac edilib ki, bu da 2018-ci ildən 2 131,1 mln. kubmetr və yaxud 22,2% çoxdur.
Hesabat dövründə Azərbaycandan Gürcüstana 2 406,1 mln. kubmetr qaz ixrac edilib.
Gürcüstana 2019-cu ildə nəql olunan qaz həcminin 1 176,4 mln. kubmetri Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə (“Şahdəniz” qazı) nəql edilib. Bu kəmərlə Gürcüstana ötürülən qazın həcmi 2018-ci ildən 73,3 mln. kubmetr və yaxud 6,6% çoxdur.
Hesabat dövründə 1 229,7 mln. kubmetr qaz isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Qazıməmməd-Qazax qaz xətti ilə nəql edilib və bu, illik müqayisədə 124,7 mln. kubmetr və yaxud 11,3% çoxdur.
2019-cu ildə Türkiyəyə Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə 9 141,4 mln. kubmetr “Şahdəniz” qazı nəql olunub. Bu isə 2018-ci ildən 1 934,1 mln. kubmetr və ya 27,3% çoxdur. Hesabat dövründə TANAP-la nəql olunan qazın həcmi 2 783,7 mln. kubmetr təşkil edib.
©Report