14 C
Baku
Saturday, November 16, 2024

“Şahdəniz”də hasilat bərpa olunub

BP “Şahdəniz” yatağının işlənməsi layihəsinin əməliyyatçısı kimi məlumat verir ki, “Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Alfa” platformasında və Səngəçal terminalındakı Şahdəniz 1 qurğularında 2022-ci il avqust ayının 14-dən başlayaraq 14 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı tam şəkildə həyata keçirilib və proqram uğurla başa çatıb.

“BP-Azerbaijan” şirkətindən verilən məlumata görə, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunmuş, platformanın və terminalın hasilat və ixrac sistemləri artıq işə salınıb. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.

Xatırladırıq ki, planlaşdırılmış profilaktik işlər proqramına Səngəçal terminalının “Şahdəniz 1” hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması, monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və s. kimi profilaktik əməliyyatlar və yoxlamalar daxil idi. Parallel olaraq, “Şahdəniz Alfa” platformasında da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması, nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və s. kimi layihə işləri həyata keçirilib.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə BP-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər