9 C
Baku
Sunday, November 17, 2024

“Şahdəniz”də qaz hasilatı 18%-dək artıb

Bu ilin birinci rübündə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından təqribən 6 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 17,6% çoxdur.

BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin birinci rübünün yekunlarına dair dərc etdiyi hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövrü yataqda təqribən 9 mln. barel kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,4% çoxdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər