11 C
Baku
Friday, January 24, 2025

“Şahdəniz”də yeni platforma tikiləcək

Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında yeni platforma tikiləcək.

Bunu jurnalistlərə açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, tikiləcək platforma kompressor platforması olacaq.

Tamam Bayatlı onu da qeyd edib ki, platformanın tikintisinin əsas məqsədi, yataqda qaz hasilatının davamlılığını və az təzyiqli qazın çıxarılmasını təmin etməkdir.

“Platformada daimi işçi heyyəti olmayacaq, onun işi tam qıraqda idarə olunacaq. Mütəxəssislər yalnız texniki baxış üçün platformaya cəlb olunacaq”, – Tamam Bayatlı qeyd edib.

Onun sözlərinə görə, bu il fevralın üçüncü həftəsində layihənin Ətraf və Sosial Mühitə təsirin Qiymətləndirilməsi həsabatı üzrə ictimai dinləmələr keçiriləcək.Platformanın tikintisi üzrə son investisiya qərarı da bu il qəbul olunacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər