Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından bu il 27.1 mlrd. kubmetr qazın hasil olunacağı gözlənilir.
Bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gaz” neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.
Məlumata görə, hesabata dövründə 4.1 mln. ton kondensat hasil olunacağı gözlənilir.
Qeyd olunur, yataq istismara veriləndən 01.05.2024-ə qədər burada 218.3 mlrd. kubmetr qaz və 45.9 mln. qaz kondensatı hasil olunub.
“Hasil olunan qazın 155.2 mlrd. kubmetri ixraca nəql edilib”, – məlumatda bilıdirilir.
“Şahdəniz” yatağı üzrə 4 iyun 1996-cı il tarixində Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Yataq 2006-cı ildə istismara verilib. Qazın və kondensatın ilkin balans ehtiyatı: 1 trln. Kubmetrdən artıq təbii qaz və 2 mlrd. bareldən artıq kondensat. Yatağın işlənilməsinin ikinci mərhələsi üzrə kommersiya qaz həcmlərinin Türkiyəyə nəqli 30 iyun 2018-ci il, Avropaya isə 31 dekabr 2020-ci il tarixlərində başlanılıb.