Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından işlənilməsinə başlandığından indiyə kimi (may ayının birinə) 192 mlrd. kubmetr qaz hasil edilib.
Bunu 28-ci Bakı Enerji Forumu zamanı SOCAR-ın birinci vitse−prezidenti Xoşbəxt Yusifzadə deyib.
Onun sözlərinə görə, işlənməsinin əvvəlindən bu günə qədər “Şahdəniz”dən 41 mln. ton kondensat hasil edilib.
Xoşbəxt Yusifzadə əlavə edib ki, yatağın qaz ehtiyatları 1.2 trln. kubmetr, kondensat ehtiyatları isə 240 mln. ton həcmində qiymətləndirilir.