“Şahdəniz” qaz-kondensat yatağından Türkiyəyə qaz tədarükü bu ilin avqustunda dayandırılacaq.
Bu barədə Türkiyənin BOTAŞ dövlət neft-qaz şirkəti öz “Twitter” səhifəsində bildirib.
“Şahdəniz”-Türkiyə (Bakı-Tbilisi-Ərzurum) boru xəttində planlı təmir işləri ilə əlaqədar avqustun 14-dən 28-dək Türkgözü giriş məntəqəsindən milli qazpaylayıcı şəbəkəyə qaz verilişi mümkün olmayacaq. Planlı təmir işləri zamanı milli qazpaylayıcı şəbəkənin tələb və təklif balansında problemlər gözlənilmir”, – məlumatda deyilir.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ərzurum boru xətti ilə 10.236 milyard kubmetr qaz nəql edilib.