34 C
Baku
Wednesday, August 17, 2022

“Şahdağ Turizm Mərkəzi” vergilərin optimallaşdırılması üçün məsləhətçi axtarır

Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti Vergilərin optimallaşdırılması üçün məsləhət (konsaltinq) xidmətlərinin satınalınması məqsədilə kotirovka sorğusu elan edib.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi, 2-ci döngə, 2b nömrəli ünvana (əlaqələndirici şəxs: Dəniz Məcidliyə, telefon: (+99 412) 310 11 10, daxili nömrə 7101) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 24 sentyabr 2018-ci il saat 16.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Son xəbərlər
Oxşar xəbərlər