“Şahdağ Turizm Mərkəzi” QSC 2021-ci ili 6 milyon 344 min manat zərərlə başa vurub. 2020-ci ildə QSC-nin zərəri 16 milyon 855 min manat olub ki, bu da illik müqayisədə zərərin 2.6 dəfə azalması deməkdir.
Banker.az bu barədə “Şahdağ Turizm Mərkəzi”nin maliyyə hesabatına istinadən xəbər verir.
2021-ci ildə “Şahdağ Turizm Mərkəzi”nin cəmi gəlirləri 11 milyon 102 min manat (əvvəlki ilə nisbətən 33% çox), satışının maya dəyəri 10 milyon 299 min manat (0.5% az) təşkil edirdi.
Səhmdar cəmiyyətin inzibati xərcləri 14 milyon 653 min manat, maliyyə xərcləri 19 min manat, gəlirdən çıxılan vergilər üzrə xərcləri 2 milyon 773 min manat olub.
“Şahdağ Turizm Mərkəzi”nin cəmi aktivləri 2021-ci ildə 312 milyon 6 min manat olub ki, bu da illik müqayisədə 2% azdır.