30 C
Baku
Monday, July 14, 2025

“Şahdağ Turizm Mərkəzi” İspan şirkətindən kanat yolları üçün 1 milyon manatlıq məsləhət alacaq

“Şahdağ Turizm Mərkəzi” QSC Neugest 1957 SLU şirkəti ilə təxminən 1 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə xizək zolaqlarının və kanat yollarının idarəedilməsi üzrə məsləhət, audit və təlim xidmətlərinin keçirilməsinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 980 187 manatdır.

Mərkəzi ofisi İspaniyanın Barselona şəhərində yerləşən “NEUGEST 1957” şirkəti dağ-xizək və kanat yollarının operatorluğu fəaliyyətini gösətrir.

Son xəbərlər
Digər xəbərlər