“Şahdağ Turizm Mərkəzi” sığortaçı axtarır

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini dekabrın 16-sı, saat 10:00-a qədər səhmdar cəmiyyətinin yerləşdiyi Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometrinə təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (077) 277-32-15 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər
Digər xəbərlər