Tezliklə “Şahdağ” Turizm Mərkəzinin ərazisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqəsi tikiləcək.
Banker.az Report Agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə mərkəzin rəhbəri Rodderich Leffler deyib.
R.Lefflerin sözlərinə görə, hazırda YDM-in tikintisi ilə bağlı son tamamlanma işləri gedir: “Bu isə mərkəzimizə gələn sürücülərimizə yanacaqla bağlı problem olmadan rahat istirahət etməyinə şərait yaradacaq”.
“Şahdağ” Turizm Mərkəzi öz adını Azərbaycanın, Qusar şəhərinin 29 km-də yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4 243m hündürlükdə olan Şahdağ zirvəsindən götürüb. Şahdağ milli parkının yaxınlığında salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.






