Azərbaycanda dövlətə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC 2023-cü ili də böyük gəlirlərə rəğmən 6.68 mln. manat zərərlə bitirib. Şirkət öncəki il 8.69 mln. manat zərər etmişdi.
Banker.az bu barədə şirkətin illik audit hesabatına istinadən xəbər verir.
Hesabata görə, turizm mərkəzi 2023-cü ildə ümumilikdə 27.33 milyon manat gəlir əldə edib və bu, 2022-ci ildə qeydə alınmış 22.47 manatlıq gəlirləri 22 faiz üstələyib. Bununla belə, dövlət şirkətinin satışlarının maya dəyəri daha yüksək templə yüksəlib. Satışın maya dəyəri illik müqayisədə 53% artaraq 18.41 mln. manata yüksəlib.
Dövlət şirkətinin inzibati xərcləri illik müqayisədə 18.5% azalma ilə 13.28 mln. manata, maliyyə xərcləri isə 58% azalma ilə 63.67 mln. manata düşüb.
Şirkətin balansındakı yığılmış zərər 103.86 mln. manata qalxıb.