10 C
Baku
Saturday, December 21, 2024

“Şahdağ Turizm Mərkəzi”nin İdarə Heyətinə yeni sədr təyin edildi

Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC mövsümə yeni sədrin idarəetməsi altında başlayır.

Banker.az xəbər verir ki, Rüstəm Nəcəfov Azər oğlu “Şahdağ Turizm Mərkəzi”nin İdarə Heyətinə yeni sədri təyin edilib.

R.Nəcəfov bir müddət “Şahdağ Turizm Mərkəzi”nin sədri kimi çalışıb. 2016-cı il mart- 2018 dekabr aylarında dövlət kapitallı şirkətə sədirlik etsə də, həmin tarixdən sonra Bakı Şəhər İcra Hakimiyyətində departament müdiri, 2021-ci ilin iyununda isə “Agrarco”da rəhbər təyin edilmişdi.

O, bu vəzifədə Kamran Kazımov Oqtay oğlunu əvəz edib. K.Kazımov 2021-ci ilin avqustunda sədr müavini kimi təyin edilmişdi və həmin tarixdən sədr vəzifəsini müvəqqəti icra edirdi. 2022-ci ilin martından isə Kazımov sədr kimi vəzifəsinə başlamışdı.

R.Nəcəfovun turizm mərkəzinə rəhbər təyin edilməsindən sonra, K.Kazımov sədrin müavini vəzifəsinə təyin edilib.

O, 2009-cu ildən “Şahdağ Turizm Mərkəzi”nə təyinatınadək ölkədə fəaliyyət göstərən bır sıra hotellərdə müxtəlif vəzifələrdə çalışıb.

Mərkəzin İdarə Heyətinin sədr müavini vəzifəsini 2021-ci ilin aprelindən Mingəçevir Turizm Kollecinin sabiq direktoru Səid Salayev icra edirdi. S.Salayev 2018-ci ilin sonunda sədr vəzifəsinə təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.

Xatırladaq ki, “Şahdağ Turizm Mərkəzi” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546.78 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Son xəbərlər
Digər xəbərlər