8 C
Baku
Monday, November 18, 2024

“Şahdağ Turizm Mərkəzi”nin yığılmış zərəri 100 milyon manatı ötdü

“Şahdağ Turizm Mərkəzi” QSC 2023-cü ili 6 milyon 682 min manat zərərlə başa vurub. 2022-ci ildə QSC-nin zərəri 8 milyon 688 min manat olub ki, bu da illik müqayisədə zərərin 23% azalması deməkdir.

Banker.az bu barədə “Şahdağ Turizm Mərkəzi”nin maliyyə hesabatına istinadən xəbər verir.

2023-cü ildə “Şahdağ Turizm Mərkəzi”nin cəmi gəlirləri 27 milyon 331 min manat (əvvəlki ilə nisbətən 22% çox), satışının maya dəyəri 18 milyon 408 min manat (53% çox) təşkil edirdi. “Şahdağ Turizm Mərkəzi” QSC-nin yığılmış zərəri 103 milyon 859 min manata yüksəlib.

Səhmdar cəmiyyətin inzibati xərcləri 13 milyon 282 min manat, maliyyə xərcləri 64 min manat, gəlirdən çıxılan vergilər üzrə xərcləri 2 milyon 259 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər