Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən “Şahdağ” Turizm Mərkəzinin ən hündür nöqtədə kafe tikilib.
Dəniz səviyyəsindən 2351 metr hündürlükdə olan bu kafeyə “Shahdag 2351” adı verilib.
Prezident İlham Əliyev “Shahdag 2351” kafesinin qarşısında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, burada baxış meydançası yaradılıb, ərazidə ehtiyat helikopter meydançası inşa edilib, hündürlüyü 30 metr olan bayraq dirəyi quraşdırılıb.