1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Sahib Ələkbərov: ‘Şirkətlər əksər vaxtlar benefisiarların adını açıqlamaq istəmir’

Azərbaycanda şirkətlər əksər vaxtlarda benefisiarların adını açıqlamaq istəmir, amma zaman keçdikcə bu cür problemlər olmayacaq.

Bunu vergilər nazirinin müavini Sahib Ələkbərov Bakıda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiya, Asiya İnkişaf Bankı və “Azərbaycanın hasilat sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanması üzrə Yol Xəritəsinin tətbiqinə dəstək” layihəsini icra edən yerli və xarici məsləhətçilərin birgə təşkilatçılığı ilə layihə üzrə ilk plenar iclasda deyib. Bu barədə məlumatı Trend yayır.

O bildirib ki, benefisiarlar barədə məlumatın açıqlanması çox vacibdir:

“Azərbaycanda hamı üçün bərabər şərait yaradılıb və sağlam rəqabət mövcuddur, ona görə də benefisiarların adını və ya şirkətin dövriyyəsini gizlətməyin mənası yoxdur”.

S.Ələkbərov vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən dövlət strukturları qarşısında qoyulan əsas tapşırıqlardan biri kölgə iqtisadiyyatının payının azaldılmasıdır və bu təşəbbüs iqtisadiyyatda şəffaflığın təmin olunmasına kömək edəcək.

Son xəbərlər
Oxşar xəbərlər