11 C
Baku
Şənbə, Noyabr 27, 2021

Sahibi “Milla”ya yenidən kapital yatırır

Azərbaycanın qida bazarının (FMCG) iştirakçılarından olan “AZ FP CO LTD” MMC (Azerbaijan Food & Packaging Company) bazarda mövqeyni bir qədər də gücləndirməyə çalışır.

Banker.az xəbər verir ki, ölkə bazarında “Milla” süd məhsulları ilə tanınan şirkətin nizamnamə kapitalı 1 503 000 manat və ya 8.4% artırılıb.

Bununla da “AZ FP CO LTD”nin nizamnamə kapitalı 19 481 038 manatdan 17 978 038 manata qaldırılmışdır.

Şirkətə üç ay öncə 7 000 000 manat, yaxud nizamnamə kapitalı 64% artırılmışdı.

“AZ FP CO LTD” MMC 2006-cı ildə yaradılıb və ölkədə “Milla” brendi ilə süd məhsulları çıxarmaqdadır.

Qeyd edək ki, şirkətin rəsmi internet səhifəsi bir neçə müddətdir texniki nasazlıqlarla çalışmaqdadır.

Oxşar xəbərlər

Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi

ABB-nin Müşahidə Şurası növbəti iclasını Şuşada keçirib. Bankın İdarə Heyəti ilə birgə Şuşadakı “Qarabağ” otelinin konfrans zalında təşkil edilmiş toplantıda Bankın cari inkişaf strategiyasının...

Böyük Britaniyada “Omikron” ştammına iki yoluxma halı qeydə alınıb

Böyük Britaniyada koronavirusun yeni ştammı olan “Omikron”a iki yoluxma halı qeydə alınıb. “RİA Novosti”in verdiyi xəbərə görə, bu barədə səhiyyə naziri Sajid Cavid bildirib. Rumen Radev...

Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko arasında telefon danışığı olub

Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət...
X