10 C
Baku
Friday, December 27, 2024

Sahibi “Milla”ya yenidən kapital yatırır

Azərbaycanın qida bazarının (FMCG) iştirakçılarından olan “AZ FP CO LTD” MMC (Azerbaijan Food & Packaging Company) bazarda mövqeyni bir qədər də gücləndirməyə çalışır.

Banker.az xəbər verir ki, ölkə bazarında “Milla” süd məhsulları ilə tanınan şirkətin nizamnamə kapitalı 1 503 000 manat və ya 8.4% artırılıb.

Bununla da “AZ FP CO LTD”nin nizamnamə kapitalı 19 481 038 manatdan 17 978 038 manata qaldırılmışdır.

Şirkətə üç ay öncə 7 000 000 manat, yaxud nizamnamə kapitalı 64% artırılmışdı.

“AZ FP CO LTD” MMC 2006-cı ildə yaradılıb və ölkədə “Milla” brendi ilə süd məhsulları çıxarmaqdadır.

Qeyd edək ki, şirkətin rəsmi internet səhifəsi bir neçə müddətdir texniki nasazlıqlarla çalışmaqdadır.

Son xəbərlər
Digər xəbərlər