“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı MMC-nin nizamnamə kapitalı artırılıb.
Banker.az xəbər verir ki, BOKT-nin nizamnamə kapitalı 100 000 manat və ya 7% artırılmaqla 1 538 600 manata qaldırılıb.
BOKT-nin sahibi bu il dəyişdirilib. Təşkilatın nizamnamə kapitalı Aysel Quliyeva Qüdrət qızı tərəfindən satın alınıb və onun bu əməliyyatdan sonra BOKT-dəki payı 100 faiz olub.
Buna qədər 100% pay ilə İlqar Əhmədzadə adlı Azərbaycan vətəndaşına məxsus idi.