11 C
Baku
Tuesday, November 19, 2024

“Sahibkar azad olunan ərazilərdə işçinin iş icazəsini almazdan öncə əmək müqaviləsi bağlamalıdır”

İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən sahibkarlar işçinin iş icazəsini almazdan öncə əmək müqaviləsi ilə rəsmiləşdirmə aparmalıdırlar.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev nazirliyin və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə sahibkarlarla baş tutan görüşdə deyib.

Onun sözlərinə görə, bir çox sahibkar işçinin işə qəbul olunmasından əvvəl iş icazəsi alır:

“Bu da problemə səbəb olur. İş icazəsi sırf fəaliyyət üçündür. Onsuz da sınaq müddətində işçi ilə əmək müqaviləsi imzalanır. Sahibkarlar həmin müqavilədə sınaq müddəti təqdim edə və ya qısamüddətli əmək müqaviləsi bağlaya bilərlər. Bundan sonra işçi iş yerindəki fəaliyyətlə tanış ola bilər. İşçi istəməsə və ya işəgötürən narazı qalsa, əmək müqaviləsinə xitam verilə bilər”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər