24 C
Baku
Thursday, July 18, 2024

Sahibkar Şirinov Elvin ixracını 4 dəfə artıraraq 12 milyon dollara çatdırıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın fevral sayında, qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-aprel ayında həyata keçirilən ixracla bağlı qeyri-dövlət (özəl) ixracatçı subyektlərin reytinqi də yer alır.

Banker.az xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu da yer alır.

O, 2023-cü ilin yanvar-aprelində 11.9 milyon dollarlıq ixracı ilə siyahıda 7-ci yeri tutub. 2022-ci ilin eyni dövründə isə ixracı 3 milyon dollar təşkil etmişdir ki, bu da illik müqayisədə ixracın 3.9 dəfə artması deməkdir.

Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.

Son xəbərlər
Digər xəbərlər