Cari ilin yanvar-noyabr ayları ərzində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində 71,4 mln. ₼ subsidiya təsdiqlənib.
Banker.az xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter hesabında paylaşıb.
Nazir qeyd edib ki, bunun 67,9 mln. ₼-ı sahibkarlara ödənilib.