23 C
Baku
Friday, May 24, 2024

Sahibkarın menecerliyi və ya “işin üstündə olmaq”

Müəllif: ORO Mebel-in Baş Meneceri Anar Bayramov

Bizim əksər şirkətlərin şirkət sahibləri tərəfindən idarə olunması faktdır. Bəzilərində isə nominal direktor təyin olunsa da, həmin direktor reallıqda bir çox qərarları vermək səlahiyyətində olmur. 

Bunu sahibkarların çoxu belə əsaslandırırlar ki, işin üstündə olmasan, “oğurlayıb yeyəcəklər” şirkəti. Yeganə motiv bu da deyil heç. Bəziləri “müdirliyin” dadını çıxarmaq istəyirlər sadəcə. Öz şirkətlərinin başqası tərəfindən idarə olunmasını qəbul edə bilmirlər.

Özlərini inandıra bilmirlər ki, idarəetməni peşəkar menecerə həvalə etməklə daha yaxşı nəticələr əldə etmək mümkündür.

Yalnız sahibkarlıq və menecmentin ayrılması halında normal şirkətdən danışmaq olar. Bu halda sağlam müzakirədən, qərarların normal şəkildə qəbulundan söhbət gedə bilər. Çünki rəhbərlə işçinin şirkətə olan məsafəsi eynidir. Rəhbər deyə bilmir ki, “öz pulumdur, özüm bilərəm”.

Sahibkarın bu sözü demə ehtimalı həmişə olduğu üçün qərarvermə mühiti o qədər də saf olmur. İşçilər bu halda yeni ideyalara da o qədər həvəsli olmurlar.

Beləliklə, avtoritar ab-hava olur şirkətdə.

Menecerlərin öz maraqlarını şirkətin maraqlarının önünə çəkməsi halı da geniş yayılmışdır praktikada. Buna sahibkar-menecer problemi deyilir. Bununla belə, ümumi qəbul olunmuş fikir ondan ibarətdir ki, menecmentin sahibkarlıqdan ayrılması daha peşəkar şirkətin və idarəetmənin qurulmasına gətirib çıxarır əksər hallarda.

Son xəbərlər
 ⁠
Digər xəbərlər