28 C
Baku
Saturday, July 27, 2024

Sahibkarın şikayəti ilə dövlət qurumları “İSEL A” şirkətnin qanunsuz əməllərini ifşa edib

Son günlər üçüncü şəxslər üçün mal idxal edən və vergidən yayınan bəzi şirkətlər malların gömrük ərazisində saxlanılması və onlara qarşı maneə yaradılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışırlar.

Banker.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin birgə məlumatında qeyd edilir.

“İSEL A” MMC şirkətin ona məxsus olduğu iddia etdiyi mallar Quliyev Famil Faiq oğlunun əvvəlcədən sifarişi əsasında gətirilsə də, bununla bağlı ona heç bir qanuni sənəd təqdim edilmir. Famil Quliyev Dövlət Vergi Xidmətinə müraciət edərək “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərdiyini, həmin malların onun üçün gətirildiyini, lakin dəfələrlə tələb etməsinə baxmayaraq, MMC tərəfindən ona heç bir sənəd verilmədiyini bildirib və bununla bağlı kömək göstərilməsini xahiş edib.

Araşdırma nəticəsində “İSEL A” MMC-nin təsisçisinə məxsus digər MMC-də aparılmış operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektlərinin formal olaraq qeydiyyata alındığı və əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparıldığı aşkar olunub.

Son xəbərlər
Digər xəbərlər