22 C
Baku
Thursday, April 25, 2024

Sahibkarlar Dövlət Reklam Agentliyinin (ADRA) qiymət siyasətindən əziyyət çəkir

Banker.az olaraq daima redaksiyamıza sahibkarlar tərəfindən daxil olan müraciətlər əsasında onların problemlərini işılandırmaq, bu problemlərin həlli istiqamətində müəyyən addımların atılmasında daim iştirak etməyə çalışmışıq. Təbii ki, indiki dövrdə sahibkarların problemləri pandemiya əlaqəli qat-qat artmışdır. Lakin bu təbii fələkətlə bərabər, sahibkarlara, həmçinin bəzi qurumların siyasəti nəticəsində daha da əziyyət çəkmiş olurlar. Son dövrlər redaksiyamıza daxil olan sahibkar müraciətlərinin bir çoxu da məhz obyektlərin qarşısında çöl reklamlarının qiymətinin baha olması ilə əlaqədardır. Bu məsələlərlə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məşğul olur.

“Açıq məkanda reklam” deyəndə hamının ağlına ilk əvvəl küçə bilbordları gəlsə də, Reklam haqqında Qanunun “açıq məkanda reklam” anlayışına sahibkarlıq obyektlərindəki lövhələr də daxil edilib. Belə lövhələrin yerləşdirilməsinə icazə verilməsi üçün Agentlikdən icazə alınmalıdır. İcazənin alınması üçün Rüsum haqqında Qanuna görə dövlət rüsumu ödənilir. Əslində, bu məbləğ elə də çox deyil və sahibkarlar tərəfindən ödənilə bilər. Lakin əsas məsələ Agentliyin rüsumdan əlavə qat-qat artıq “yayım haqqı” almasıdır. Beləliklə, bir lövhəyə görə həm rüsum, həm də yayım haqqı ödənilir.

Gəlin, bu məsələyə nümunə üzərində baxaq. Fərz edək ki, N.Nərimanov rayonu ərazisində (bu ADRA-nın təsnifatında A1 zonası gedir)  sizə məxsus obyektin qarşısında sahəsi10 kvadrat metr olan bir reklam lövhəsi asmaq istəyirsiniz. ADRA-nın saytındakı kalkulyatordan istifadə etsək, bu reklam lövhəsini yerləşdirmək üçün siz 850 AZN ödəməli olacaqsınız. Bununda 83 AZN dövlət rüsumu, 766.7 AZN-ını isə yayım haqqıdır. Göründüyü kimi, yayım haqqı bu halda dövlət rüsumundan 9 dəfə artıqdır. Əgər yayım haqqı ADRA-nın nəzarət orqanı kimi fəaliyyətinin təmin edilməsinə gedən bir rəqəmdirsə, bu rəqəmin dövlət rüsumundan 9 dəfə artıq olması normal bir hal sayıla bilməz.

Screen Shot 2020 08 12 at 10.58.21

Qeyd olunan məsələ ilə bağlı ADRA-nın mövqeyi olduğu halda yazıya əlavə ediləcəkdir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər