12 C
Baku
Saturday, November 23, 2024

Sahibkarlar məcburi dövlət siğorta haqqını necə ödəməlidirlər?

Məcburi dövlət sosial siğorta haqqının ödəyiciləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. (Bundan sonra sahibkarlar) .

Əmək müqaviləsi ilə işçi qüvvəsindən istifadə edən, sahibkarlar siğortaedənlər hesab olunur.

Qeyd edək ki, siğortaedənlərin məcburi dövlət sosial siğortası üzrə Dövlət Sosial Müdafiə Fondu orqanlarında uçotu Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təqdim etdiyi uçot məlumatları əsasında aparılır.

Xatırladaq ki, məcburi dövlət sosial siğortasına cəlb olunan şəxslər təkcə fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər deyil, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər də bu kateqoriyaya daxildir.

Məcburi dövlət sosial siğorta haqqı necə hesablanır?

Məsələn,  Bakı şəhərində tikinti sahəsində xidmətlə məşğul olan sahibkar, ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqı (93,5 manat) məbləğinin hər ayı üçün 50% -nin 80% miqdarında, siğorta haqqı ödəməlidir.

Yəni, 93,5 x 50% = 46,75 x 80% = 37,4 manat

Qayda pozuntusuna görə cərimələr də müəyyən olunub. Belə ki, Sığortaedənlər  Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (257-2.-ci maddə, 246-cı maddə) əsasən aşağıda göstərilən hüquq pozuntularına görə inzibati məsuliyyətə cəlb olunurlar.

Məcburi dövlət sosial siğorta haqqını ödəməyən siğortaedən fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 30 manatdan-50 –dək cərimə olunurlar.

Məcburi dövlət sosial sığorta haqlarının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə siğortaedənlər az miqdarda (2000 manatadək) dək cərimələnir.

Son xəbərlər
Digər xəbərlər